Ermənistan vətəndaşı Arpine Misakyan Las Veqasdakı “Encore Hotel”in restoranında mübahisə zamanı ərinə şillə vurduğu üçün həbs edilib.

BUTA.TV xəbər verir ki, bu barədə erməni mediası yazıb.

Bildirilib ki, Misakyan aprelin 6-da “Encore Las Veqas” otelinin restoranında şam yeməyi zamanı əri Karen Arutyunyanla mübahisə edib. Polis qeydlərinə görə, Misakyan ərini vurub. Hadisə otelin müşahidə kameralarına düşüb.

Otel işçiləri polisə zəng ediblər. Hadisə yerinə gələn polislər dil maneəsi ilə qarşılaşıblar. Arutyunyan rus dilində danışıb. Videoda o, polisə izah edib ki, cütlük arasında məişət zəminində mübahisə olub.

Ərini vuran Misakyan həbsdən sonra yüksək təzyiqdən və nəfəs alma problemlərindən şikayətlənib. O, xərəkdə oteldən çıxarılaraq Cənubi Nevada Universiteti Tibb Mərkəzinə aparılıb. Daha sonra ABŞ İmmiqrasiya və Gömrük Xidməti əməkdaşları ora gələrək qadını həbs ediblər. Amerika mediasının məlumatına görə, həmin vaxt onun sığınacaq işi nəzərdən keçirilirdi.

İyulun 4-də o, Ermənistana deport edilib.