Kameraları qırıb 10 minlik oğurluq etdi, həbs olundu
Abşeron rayonunda silsilə oğurluq hadisələri qeydə alınıb.
DİN-in mətbuat xidmətindən BUTA.TV-a verilən məlumata görə, naməlum şəxs müxtəlif vaxtlarda rayon ərazisində yerləşən evin zirzəmisindən məişət əşyaları, tikiş sexi, yarımtikili və şirkətlərin birindən isə ümumilikdə 10880 manat dəyərində elektrik avadanlıqları oğurlayıb.
O, əməllərini ört-basdır etmək üçün talama cinayətlərini törədərkən müşahidə kameralarını da yararsız vəziyyətə salıb.
Abşeron rayonunda polisin keçirdiyi tədbirlərlə oğurluq əməllərini törədən D.Həsənov müəyyən olunaraq saxlanılıb.
Faktlarla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarına əsasən saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.
Qorxmaz Hüseynovun dövründəki - Milyonluq mənimsəmələr üzə çıxdı