Tramp: İranla müharibə sona çatacaq
ABŞ Prezidenti Donald Tramp bildirib ki, İranla müharibə ölkədə noyabr ayında keçiriləcək ara seçimlərdən sonra başa çatmış olacaq.
BUTA.TV xəbər verir ki, bunu Tramp İrlandiyada jurnalistlərə açıqlamasında deyib.
"İranla müharibə ara seçimlərdən əvvəl də bitə bilər, amma seçimlərdən sonra hökmən bitmiş olacaq. Bununla yanaşı, yanacaq qiymətləri də çox sürətlə düşəcək, ancaq yaxşı olmayan heç bir sazişə imza atmayacağam" - deyə ABŞ lideri qeyd edib.
Tramp həmçinin Ukrayna Prezidenti Vladimir Zelenskiyə müraciət edərək, onun Rusiyanın dizel yanacağı obyektlərinə hücumları dayandırmalı olduğunu bildirib: "Hədəflərə hücum etsin, amma dizelə yox, çünki bu, dizel qıtlığına səbəb olur".