Trump: "Mənfi qüvvələr bunu şişirdir"
ABŞ Prezidenti Donald Trump ekspertlərin süni intellektin təhlükələri barədə ciddi xəbərdarlıqlarından sonra bu riskləri önəmsiz saydığını bildirib.
BUTA.TV xəbər verir ki, Trump İrlandiyaya səfəri zamanı jurnalistlərə açıqlama verib.
"Bunu gündəmə gətirməli olmayan çoxlu mənfi qüvvələr var və onlar baş verməyəcək şeyləri qabardırlar" - deyə Trump bildirib. O əlavə edib ki, ABŞ süni intellekt sahəsində Çindən öndədir və bu vəziyyəti qorumaq istəyir: "Kim süni intellektdə qalib gəlsə, o, hər şeydə qalib gələcək".
Bir neçə gün əvvəl Anthropic şirkətindən istefa vermiş süni intellekt tədqiqatçısı bildirib ki, hazırkı inkişaf sürəti davam etsə, "yaxın gələcəkdə hamımızın ölmə ehtimalı yüksəkdir".
Şənbə günü isə Elon Musk (xAI) və Sam Altman (OpenAI) Anthropic rəhbəri Dario Amodeinin xəbərdarlığını dəstəkləyərək, "ciddi problemlərin yaranma riskini azaltmaq üçün" inkişafın yavaşıdılmasının vacibliyini bildiriblər.
Vaşinqtonda da bu mövzu ətrafında müzakirələr gedir. Nümayəndələr Palatasının spikeri Mike Johnson tənzimləmənin tələsik aparılmasının "Amerika innovasiyasını boğa biləcəyini" deyərək ehtiyatlı olmağa çağırıb, Demokrat lider Hakeem Jeffries isə "qəti addımlar" atılmasının vacibliyini vurğulayıb.