İsrail bu kəşfiyyat məlumatlarını Səudiyyəyə verib
İsrail husilərin mövqelərinə dair kəşfiyyat məlumatlarını Səudiyyə Ərəbistanına verib.
BUTA.TV xəbər verir ki, bu barədə İsrailin “Valla” portalı diplomatik mənbəyə istinadla məlumat verib.
“Səudiyyə Ərəbistanı və İsrail ABŞ-ın Mərkəzi Komandanlığının (CENTCOM) vasitəçiliyi ilə danışıqlar aparıblar. Görüş Səudiyyə Ərəbistanının husilərə qarşı mübarizəsinə kömək etmək məqsədi daşıyıb”, - məlumatda qeyd olunub.
Portalın məlumatına görə, səudiyyəlilər husilərin mövqeləri barədə tam mənzərə yaratmaq və onların gələcək niyyətlərini müəyyən etmək məqsədilə kəşfiyyat sahəsində yardım istəyiblər.