Baydenin sanksiyalarını Tramp uzadır - Lavrov
Əvvəllər ABŞ Prezidenti Donald Tramp deyirdi ki, bu, (Rusiya-Ukrayna müharibəsi) Baydenin müharibəsidir. Əgər mən prezident olsaydım, heç kim onu başlamazdı.
BUTA.TV xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
“Amma indi bu, hazırkı administrasiyanın müharibəsinə çevrilib. Bayden dövründə tətbiq edilən bütün sanksiyalar istisnasız olaraq Tramp administrasiyası tərəfindən uzadılıb”, - o bildirib.