Tramp administrasiyası Ukraynadakı müharibə başa çatmamış Rusiya ilə biznes müqavilələri imzalamaq imkanını nəzərdən keçirir.

BUTA.TV xəbər verir ki, bu barədə “Nyu York Tayms” məlumat yayıb.

“Bu, Trampın əvvəlki mövqeyindən - iqtisadi razılaşmaların sülh sazişi əldə olunana qədər gözləməli olduğu fikrindən dönüş deməkdir.

Rəsmilər hesab edirlər ki, Moskvaya iqtisadi güzəştlərin təklif edilməsi Putini və Rusiya elitasının üzvlərini Kiyevlə razılaşmanı dəstəkləməyə inandırmağa kömək edə bilər.

Rusiya rəsmilərinin daha əvvəl müzakirə etdiyi mümkün sahələrə nadir torpaq metalları, alüminium, Arktikadakı layihələr və enerji daxildir”, - məlumatda bildirilib.