Sabahdan BDU-da dərslər onlayn rejimə keçir - Yenilənib
Bakı Dövlət Universitetində dərslər sabahdan onlayn keçiriləcək.
“BUTA.TV”nun əldə etdiyi məlumata görə, buna səbəb son günlər şəhərdəki tıxaclardır.
Dərslər həftəsonuna qədər onlayn rejimdə davam edəcək.
Artıq tələbələr bu barədə məlumatlandırılıb.
Bakı Dövlət Universitetindən sorğumuza cavab olaraq bildirilib ki, “Formula-1” tədbiri ilə əlaqədar olaraq 23-25 sentyabr tarixlərində (3 gün müddətində) Bakı Dövlət Universitetində dərslər distant (məsafədən) formada təşkil olunacaq.
Əlillik ala bilməyən qazi ilə bağlı TƏBİB-dən açıqlama: "Meyarlara uyğun deyil"