“Kuba tamamilə iflas etmiş bir dövlətdir” - Tramp
ABŞ Prezidenti Donald Tramp BMT Baş Assambleyasındakı çıxışı zamanı Kubadakı hakimiyyət sisteminin dağılmaqda olduğunu bəyan edib.
“BUTA.TV” “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, Ağ Ev rəhbəri Kommunist rejiminin misilsiz təzyiqlərlə üz-üzə qaldığını vurğulayıb.
“Mənim administrasiyam Kubadakı vəziyyətdə köklü dəyişikliklər olmasını istəyir. Oradakı kommunist rejimi tarixinin ən böyük təzyiqi altındadır. Bu, tamamilə iflas etmiş bir dövlətdir. Ölkə əvvəllər heç vaxt olmadığı kimi dağılır və tezliklə çökəcək”, – deyə Tramp BMT kürsüsündən bildirib.
Xatırladaq ki, bundan əvvəl ABŞ Dövlət katibi Marko Rubio Kuba hakimiyyətini respublika ərazisini Vaşinqtonun rəqibləri olan ölkələrin kəşfiyyat xidmətlərinə təqdim etməkdə təqsirləndirmişdi. Onun sözlərinə görə, Birləşmiş Ştatlar opponentlərinin kəşfiyyat əməkdaşlarını və ya hərbi bazalarını ölkə sərhədindən cəmi 90 mil (145 km) məsafədə yerləşdirməsinə yol verə bilməz.
Əlillik ala bilməyən qazi ilə bağlı TƏBİB-dən açıqlama: "Meyarlara uyğun deyil"