Trampdan Rubio ilə bağlı qərar...
ABŞ Prezidenti Donald Tramp dövlət katibi Marko Rubionun milli təhlükəsizlik müşaviri vəzifəsinə təyin edilməsi barədə sənəd imzalayıb.
BUTA.TV xəbər verir ki, bu barədə “Nyus Nation” Ağ Ev rəsmisinə istinadla məlumat yayıb.
Bununla da indiyədək milli təhlükəsizlik müşaviri vəzifəsini müvəqqəti icra edən Marko Rubionun statusu rəsmiləşdirilib. O, dövlət katibi vəzifəsini də davam etdirəcək.
Qeyd edək ki, Rubio 2025-ci ilin mayında Mayk Uoltsun vəzifədən ayrılmasından sonra milli təhlükəsizlik müşaviri səlahiyyətlərini müvəqqəti icra etməyə başlamışdı.
Sabah Bakıda bu yollar qismən bağlı olacaq