ABŞ və Rusiya, görünür, Ukrayna ilə müharibə başa çatdıqdan sonra Avropanın ən böyük enerji istehlakçısı olan Almaniyaya və digər Avropa ölkələrinə Rusiya qazının tədarükündən əldə edilən gəliri bölüşməyə hazırdırlar. Hətta bunun üçün “Şimal axını” qaz kəmərinin fəaliyyətini bərpa etmək də lazım gələ bilər.

BUTA.TV xəbər verir ki, bu barədə İspaniyanın ABC nəşri qeyd edib.

Məqalədə bildirilib ki, Ağ Ev Almaniyanın fikirlərini məhəl qoymur və iddia edir ki, istənilən razılaşma Rusiya ilə DFC (ABŞ Beynəlxalq İnkişaf Maliyyə Korporasiyası) arasında danışıqlar yolu ilə həll olunmalı, həmçinin ABŞ vergi ödəyicilərinə və şirkətlərinə fayda verməlidir.

Vurğulanır ki, müharibə bitdikdən sonra müqavilə ABŞ investorlarına Avropaya enerji təchizatından mənfəət əldə etməyə imkan verəcək.

Paşinyanın Azərbaycan əsgəri ilə bağlı suala verdiyi reaksiya gündəm oldu - Video Paşinyanın Azərbaycan əsgəri ilə bağlı suala verdiyi reaksiya gündəm oldu - Video