ABŞ Rusiyanın neft emalı zavodlarına (NEZ) endirilən zərbələri dayandırmağı tələb edib.

BUTA.TV xəbər verir ki, bu barədə "Faynənşl Tayms" (FT) mənbələrə istinadən məlumat yayıb.

Vurğulanıb ki, ötən gün Mayamidə Ukrayna nümayəndə heyəti ABŞ rəsmiləri ilə təxminən səkkiz saatlıq görüş keçirib. Görüşdə Ukraynadan Rusiyanın neft emalı zavodlarına hücumları dayandırmaq tələb olunub. Bildirilib ki, Kiyev bu tələbə əməl etməsə, Ukraynaya kəşfiyyat məlumatları ötürülməyəcək.

Nəşrin məlumatına görə, Ukrayna nümayəndə heyəti bu günə planlaşdırılan danışıqların ikinci raundundan imtina edib.

Qeyd edək ki, daha öncə Tramp rusiyalı həmkarı ilə dizel yanacağının tədarükü ilə bağlı razılıq əldə etdiyini bəyan edib. Bundan sonra isə ABŞ Maliyyə Nazirliyi Rusiyaya dizel ixracı ilə bağlı tətbiq edilən sanksiyaların növbəti ilin aprelin 7-dək aradan qaldırıldığını bəyan edib.

Putinin təyyarələri Ukrayna PUA-ları səbəbindən - Moskvaya enə bilmədi Putinin təyyarələri Ukrayna PUA-ları səbəbindən - Moskvaya enə bilmədi