ABŞ daha böyük məsafə və yüksəkliklərdə hipersəs hədəflərini ələ keçirmək qabiliyyətinə malik yeni "Patriot" raketinin sınağına hazırlaşır.

BUTA.TV xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.

Məlumata görə, “PAC-3 Edge” raketi təkmilləşdirilmiş idarəetmə sistemi və daha güclü mühərriklə təchiz edilərək, sürət və manevr qabiliyyətini artıracaq.

Raketin sınaqları 2027-ci ildə başlayacaq, 2031-ci ildən isə ordunun inventarına daxil ediləcək.

Paşinyanın Azərbaycan əsgəri ilə bağlı suala verdiyi reaksiya gündəm oldu - Video Paşinyanın Azərbaycan əsgəri ilə bağlı suala verdiyi reaksiya gündəm oldu - Video