Harvard Universitetinin alimləri SRSF1 adlı genin köhnəlmiş siçanların ömrünü orta hesabla 14 faiz uzatdığını aşkarlayıblar.

BUTA.TV xəbər verir ki, bu barədə "Nature Aging" jurnalında dərc olunan tədqiqatda bildirilib.

Tədqiqatçılar geni xüsusi daşıyıcı virus vasitəsilə siçanların qaraciyərinə ötürüblər və nəticədə heyvanlarda qocalma sürətinin yavaşladığı müşahidə olunub. İnsan dəri hüceyrələri üzərində aparılan testlərdə də daha gənc bioloji yaş göstəriciləri qeydə alınıb, lakin insanlarda ömrün uzadılmasına dair heç bir nəticə açıqlanmayıb.

"SRSF1 sayəsində hüceyrəni gəncləşdirmək ilə onun kimliyini qorumaq arasında tarazlıq yarada bildik" - tədqiqatın müəlliflərindən Alex Plesa bildirib.

Harvard Tibb Fakültəsinin professoru George Church isə bu tapıntını orqan və ya toxumaya xas gen terapiyaları vasitəsilə insan ömrünü uzatmağa yönəlmiş klinik müalicələr üçün mühüm addım kimi qiymətləndirib.

Bakıda hoteldə anasının başını kəsib, döyə-döyə öldürən Ayxana cəza verildi Bakıda hoteldə anasının başını kəsib, döyə-döyə öldürən Ayxana cəza verildi