Gündə cəmi 4 dəqiqəlik hərəkət oturaq həyat tərzinin zərərini azaldır
Tədqiqatçılar aşkarlayıb ki, gün ərzində ümumilikdə cəmi dörd dəqiqə davam edən qısa fiziki aktivlik belə, uzun müddət oturmaqdan yaranan ürək-damar xəstəlikləri riskini azaltmağa kömək edir.
BUTA.TV xəbər verir ki, bu barədə CNN Türk nəşri yazıb.
2024-cü ildə aparılan geniş araşdırmada 22 min nəfərdən artıq Britaniya vətəndaşının məlumatları təhlil edilib. Araşdırmaya rəhbərlik edən Avstraliyanın Monash Universitetindən Nicholas Koemel bildirib ki, pilləkənlə qalxmaq, ağır bazar paketləri daşımaq və ya uşaqlarla oynamaq kimi adi fəaliyyətlər də bu kateqoriyaya aid edilə bilər.
Araşdırmaya görə, gündə 11 saatdan çox oturan insanlarda daha yüksək gündəlik fiziki aktivlik səviyyəsi sağlamlıq risklərini tarazlaşdıra bilir, bu da öz növbəsində erkən ölüm riskinin azalması ilə əlaqələndirilib.
Ekspertlər həmçinin bildirir ki, ayaqları yellətmək kimi kiçik hərəkətlər belə kas aktivliyini artıraraq hərəkətsiz oturmağa nisbətən daha çox kalori yandırmağa kömək edir.
Azərbaycanlı qadının çıxışı Türkiyədə şok yaşatdı - VİDEO