Şiddətli səhər öskürəyi ciddi patologiyadan ola bilər.

BUTA.TV Medicina.az-a istinadən xəbər verir ki, həkim cərrahın sözlərinə görə, insanın boğulduğunu hiss etməsi adi simptom kimi qəbul edilməməlidir.

Mütəxəssis qeyd edib ki, belə bir öskürək bəzən bədxassəli prosesləri göstərə bilər:

"Bu, xərçəngin, COVİD-in faciəvi nəticələrinin göstəricisi ola bilər”.

Səhər öskürəyi həmçinin ağciyər və ürək-damar xəstəliklərinin də göstəricisi ola bilər. O, öskürəklə yanaşı, baş verən digər xəstəliklərin mövcudluğuna diqqət yetirməyi məsləhət görüb.

- Sinə nahiyəsində narahatlıq hissi;

- Ürək döyüntülərinin nizamsızlığı;

- Dərmanlara cavab verməyən baş ağrıları;

- Davamlı ürək yanması

- Uzun müddət davam edən ishal.

Mütəxəssis vurğulayıb ki, bu simptomları görsəniz, mütləq həkimə müraciət etməlisiniz.

Gömrükdəki qanunsuzluğa yeni qanunla haqq qazandırmaq cəhdi - Sahibkardan etiraz Gömrükdəki qanunsuzluğa yeni qanunla haqq qazandırmaq cəhdi - Sahibkardan etiraz