Polkovnik-leytenant Ramin Orucov FHN-in Gəncə Regional Mərkəzinin rəisi təyin edilib.

“BUTA.TV” xəbər verir ki, bu barədə fövqəladə hallar naziri Kəmaləddin Heydərov müvafiq əmr imzalayıb.

O bu təyinatadək nazirliyin Aran Regional Mərkəzinin rəisi vəzifəsində çalışıb.

Nazirin digər əmri ilə Gəncə Regional Mərkəzinin əvvəlki rəisi Rövşən Nəbiyev Qələbə Regional Mərkəzinin rəisi vəzifəsinə təyin olunub.

Fotoda: Ramin Orucov





Səday Alıyevə cinayət işi açıldı - Üç milyonluq mənimsəmə Səday Alıyevə cinayət işi açıldı - Üç milyonluq mənimsəmə