Xəbər verdiyimiz kimi, ötən gün Bakının Yasamal rayonunda yerləşən 225 saylı orta məktəbdə Real TV-nin çəkiliş qrupuna hücum olub.

Mövzu ilə bağlı Real TV-nin baş redaktorunun müavini Mahir Məmmədli BUTA.TV-a açıqlamasında bildirib ki, yeniyetmələrlə söhbət aparanın müxbir deyil, operator olması təsadüfi deyil, çünki operatora mane olmaq istəyiblər.

“Əsas operator – Eldəniz Əhmədov kameranı qorumaq üçün kənara çəkilib. Buna görə də videoda kamera görünmür.

Döyülən əməkdaşımız - stajor operator 23 yaşlı Yusif Səfərlidir. Müxbir isə Nigar Qarayevadır. Videodakı səs Nigarındır. O, həmin vaxt Yusifin döyülməsinə mane olmağa çalışır.

Məktəbdə əməkdaşlarımızın çəkiliş aparmasına etiraz ediblər. Əvvəlcə, məktəbin mühafizəçisi etiraz edib, ardınca isə onun təhriki ilə yeniyetmələr etiraza qoşulublar. Kənardan gələn şəxslərin də qarışdığı insidentdə əməkdaşlarımız kütləvi şəkildə döyülüb, linç edilib”, - Mahir Məmmədli vurğulayıb.

Qeyd edək ki, insidentlə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır, saxlanılanların olduğu bildirilir.

BDU-da vəzifədə olan Ramiz Mehdiyevin qızı: "Vaxtımız yoxdur" BDU-da vəzifədə olan Ramiz Mehdiyevin qızı: "Vaxtımız yoxdur"