Bu qurumun dövlətə xeyli borcu yaranıb - Video
Video
Bakının kommunal təsərrüfat sahəsində milyonlarla manatlıq borc məsələsi yenidən gündəmə gəlib. Məlum olub ki, paytaxtın 7 rayonu üzrə mənzil kommunal birliklərinin dövlətə ümumilikdə 24 milyon manat borcu var.
BUTA.TV xatırladır ki, ən çox borc Binəqədi rayonunun, ən az isə Qaradağ rayonunun payına düşür.
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyevin sözlərinə görə, mənzil kommunal idarələri vətəndaşlardan onlara məxsus mənzillərin sahəsinə uyğun olaraq minimal kommunal ödəniş toplayırlar.
Həmin vəsait hesabına sakinlərin yaşadıqları ərazidə məişət tullantılarının təmizlənməsi və daşınması kimi proseslər həyata keçirilir.
Deputat Vüqar Bayramov yaranmış borclarla bağlı danışıb:
"Gələn ildən Mənzil-Kommunal İstismar Sahələrinin strukturunun dəyişdirilməsi istiqamətində işlər görülə bilər. Bu da öz növbəsində onların məsuliyyətinin və vergi borclarının artmasının qarşısının alınmasına təsir edə bilər".
Daha ətraflı Xəzər TV-nin videomaterialında:
Şöbə rəisi qəfil vəfat etdi - Foto - Yenilənib