Bu gün paytaxtın Xətai rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

“BUTA.TV” xəbər verir ki, Babək prospekti üzərindəki körpüdə “BMW” markalı avtomobil idarəetmədən çıxıb.

Körpünün kənarındakı məhəccərə çırpılan nəqliyyat vasitəsi hündürlükdən köməkçi yola aşıb.

Hadisə yerinə polis əməkdaşları və FHN-in xilasediciləri cəlb edilib.

Qəza nəticəsində xəsarət alanlarla bağlı hələlik məlumat yoxdur.

7-dən 77-yə hamı atasının hüzurunda... - Fotolar 7-dən 77-yə hamı atasının hüzurunda... - Fotolar