Qubada 2 qardaş qəzaya düşdü, biri öldü
Qubada ölümlə nəticələnən qəzanın təfərrüatı məlum olub.
BUTA.TV lent.az-a istinadla xəbər verir ki, hadisə Quba-Tüləkəran avtomobil yolunun Gültəpə kəndi ərazisinin keçən hissəsində qeydə alınıb.
Məlumata görə, VAZ-21214 (Niva) markalı avtomobilin sürücüsü 31 yaşlı Nurəli Vidadi oğlu Əlirzayev idarəetməni itirərək yol kənarında olan ağaca dəyib.
Nəticədə sərnişin, 23 yaşlı Fəqan Habil oğlu Ədilov xəstəxanaya aparılarkən yolda ölüb. Sürücü və mərhumun qardaşı, 21 yaşlı Nuray Ədilov isə xəsarət alıblar.
Faktla bağlı cinayət işi başlanıb.
10 milyonluq qızılla tutulan polkovnikin cəzası azaldıldı