Müavinət və təqaüd alanların nəzərinə!
Sosial müavinətlərin və təqaüdlərin bu ayın 25-dən gec olmayaraq ödənilməsi nəzərdə tutulub.
Bu barədə BUTA.TV-a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Qeyd edək ki, noyabrın 6-da Naxçıvan Muxtar Respublikası, noyabrın 13-də Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu, bu gün isə ölkəmizin bölgələrində qeydiyyatda olan şəxslərin noyabr ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.
Cümşüdün ölümündə təqsirli bilinən rəisə - Hökm oxundu