Ağsuda ölümlə nəticələnən yol qəzası baş verib.

BUTA.TV xəbər verir ki, ötən gün axşam saatlarında Ağsu şəhəri ərazisində Ələddin Qədirovun idarə etdiyi VAZ-2106 və Simran Əhmədlinin idarə etdiyi “Ford Transit” markalı avtomobillər toqquşub.

Nəticədə VAZ-2106-nın sürücüsü xəsarət alıb, sərnişin - həyat yoldaşı 60 yaşlı Məlahət Qədirova isə hadisə yerində ölüb.

Faktla bağlı polis tərəfindən araşdırmalar aparılır.

Bakı-Sumqayıt yolu üçün yeni plan... Bakı-Sumqayıt yolu üçün yeni plan...