Ukraynalı pilotlar F-16 qırıcıları ilə bağlı təlimlərə başlayıblar.

BUTA.TV xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Aleksey Reznikov bildirib.

“Politiko” qəzeti qeyd edib ki, ABŞ Prezidenti Co Bayden administrasiyası F-16 təlim materiallarının Danimarkaya təhvil verilməsini rəsmən təsdiqləyib və bu, ukraynalı pilotlara uçuş təlimlərinə başlamağa imkan verəcək.