Bəzi tərəvəzlərin qiymətində artım müşahidə olunur.

BUTA.TV-ın Xəzər TV-yə istinadən məlumatına görə, satıcılar bildirir ki, bu il ötən illə müqayisədə bəzi məhsulların alış və satış qiymətlərində artım var.

Lakin qiymətlər məhsulun növünə və gətirildiyi bölgəyə görə dəyişir.

Satıcılar bir kisə soğanı 7 manata aldıqlarını, kiloqramını isə 1 manat 10-20 qəpiyə satdıqlarını bildirirlər.

Pomidorun qiymətində isə mövsümün təsiri özünü göstərir. Satıcıların sözlərinə görə, istixana şəraitində yetişdirilən pomidorun bir kiloqramının qiyməti 2 manat 20 qəpikdən 2 manat 80 qəpiyədək dəyişir. Xiyarın qiymətində isə 80 qəpiyədək artım müşahidə olunur.

Ermənilər helikopterlərimizi belə partlatmaq istədilər - Video Ermənilər helikopterlərimizi belə partlatmaq istədilər - Video