Türkiyə ordusu 2 PKK-çını məhv etdi
Suriyanın şimalındakı “Sülh çeşməsi” bölgəsinə hücuma hazırlaşan 2 PKK/YPG terrorçusu zərərsizləşdirilib.
BUTA.TV xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
“Qəhrəman Türk Silahlı Qüvvələri Suriyanın şimalında “Sülh çeşməsi” bölgəsinə hücuma hazırlaşmaqda olan 2 PKK/YPG terrorçusunu zərərsizləşdirib”, - məlumatda bildirilib.