Türkiyədə yaxtada yanğın: 10 nəfər tüstüdən zərhərləndi
Türkiyənin Kocaeli şəhərinin Başiskele rayonunda yaxtada baş verən yanğın zamanı 10 nəfər tüstüdən zəhərlənib.
BUTA.TV xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Qeyd edilir ki, içərisində izolyasiya materialları olan yaxtada yanğın naməlum səbəbdən baş verib.
Yanğın əraziyə gələn təcili xidmətlərin əməkdaşları tərəfindən söndürülüb.
Tüstüdən zərər çəkənlər Kocaeli Şəhər Xəstəxanasına aparılıb. Onların həyatı üçün hər hansı təhlükənin olmadığı bildirilir.