MAQATE-nin qarşısını kəsmək niyyətində deyilik - Rəisi
İran Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) müfəttişlərinin fəaliyyətinin qarşısını kəsmək niyyətində deyil.
BUTA.TV xəbər verir ki, bu sözləri İran Prezidenti İbrahim Rəisi deyib.
“Anlayın, niyyətimiz MAQATE-nin yoxlamasının qarşısını almaq olsaydı, biz bunu birbaşa ifadə edərdik”, - deyə o bildirib.