Hazırda Ermənistandakı vəziyyətlə bağlı müxtəlif səviyyələrdə dialoqlar aparılır.

BUTA.TV xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Xüsusilə bu çətin günlərdə Ermənistanla müxtəlif səviyyələrdə dialoq davam edir”, - o bildirib.

Peskov qeyd edib ki, Putin Paşinyanla telefon danışığı aparıb:

“Moskva Rusiya sülhməramlılarını nədəsə günahlandırmaq cəhdləri ilə razı deyil. Erməni tərəfi və Paşinyanla dialoqu davam etdirəcəyik, Qarabağ ermənilərinin bütün hüquqlarına riayət olunmasına çalışacağıq”.