Belarusda PUA-lardan istifadə məhdudlaşdırılıb.

BUTA.TV xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko fərman imzalayıb.

Fərmana əsasən, dronların fiziki şəxslər üçün Belarus ərazisinə gətirilməsinə, mülki PUA-ların saxlanmasına, dövriyyəsinə, istismarına və istehsalına qadağa qoyulub.

İstisna hallar Belarus Nəqliyyat və Rabitə Nazirliyinin Aviasiya Departamentinin müvafiq icazəsi olan şəxslər və təşkilatlara aid edilib.