Millətimizin başına gələn faciəyə görə Ermənistan hakimiyyətindən haqq-hesab tələb etmək hüququ qüvvədə qalsa da, son günlər müxalifətin ölkəmizin daxili siyasi vəziyyətini gərginləşdirməmək qərarını yüksək qiymətləndirirəm.

BUTA.TV xəbər verir ki, bu sözləri Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan Qarabağdakı separatçı-terrorçu rejimin özünü buraxması haqda qeyd edib.

“Heç bir şey həm hakimiyyəti, həm də müxalifəti Qarabağ ermənilərinin Ermənistanda ləyaqətli həyatla təmin edilməsi milli məsələsindən yayındırmamalıdır”, - o bildirib.

Qeyd edək ki, 28 sentyabrda Qarabağdakı qondarma rejimin separatçı rəhbəri Samvel Şahramanyan terrorçu xuntanın buraxılması ilə bağlı “fərman” imzalayıb.

Bu ölkədə niqabı rəsmən qadağan etdilər Bu ölkədə niqabı rəsmən qadağan etdilər