Ermənistanın müdafiə naziri Suren Papikyan Tulaya getməyib və MDB-yə üzv dövlətlərin Müdafiə Nazirləri Şurasının iclasında iştirak etmir.

BUTA.TV xəbər verir ki, bu barədə Ermənistan MN-nin mətbuat katibi Aram Torosyan məlumat verib.

Qeyd edək ki, bu gün Tulada MDB-yə üzv dövlətlərin Müdafiə Nazirləri Şurasının hərbi və hərbi-texniki əməkdaşlıq üzrə iclası keçiriləcək.