Rus ordusu Xersona növbəti zərbə endirdi
Rusiya ordusu Xersonun yaşayış məhəllələrinə, o cümlədən Berislav və Olqovkaya aviazərbə endirib.
BUTA.TV xəbər verir ki, bu barədə Xerson vilayət administrasiyanın rəhbəri Aleksandr Prokudina deyib.
O bildirib ki, iki aviazərbə nəticəsində ictimai iaşə obyekti tamamən məhv olub.
Daha iki raket zərbəsi isə Berislav və Olqovkaya endirilib. Dağıntı və tələfat barədə məlumat yoxdur.
Fira Cəlilovanın evindəki hadisə ilə bağlı - DİN-dən açıqlama - Video - Yenilənib