Sumqayıtda evdə partlayış olub, iki nəfər xəsarət alıb.

BUTA.TV xəbər verir ki, hadisə şəhərin 10-cu mikrorayonu, bina 27-də qeydə alınıb.

Partlayışın qaz sızmasından baş verdiyi ehtimal edilir.

Xəsarət alanlar həmin mənzildə yaşayan Vitali Valeriyeviç və Səbinə Əliyevadır.