Moskvanın Nikitin bulvarı ilə Böyük Nikitin küçəsinin kəsişməsində “Mersedes” markalı avtomobil piyadaları vurub.

BUTA.TV xəbər verir ki, bu barədə yerli hüquq-mühafizə orqanları məlumat yayıb.

“Mersedes” markalı avtomobilin sürücüsü idarəetməni itirib və nəqliyyat vasitəsini insanların üzərinə sürüb. Hadisə nəticəsində 6 nəfər xəsarət alıb ki, onlardan da ikisi uşaqdır”, - deyə bildirilib.