Vuçiç təsdiqlədi: Müxalifətin tələbi yerinə yetiriləcək
Serbiyada dekabrın 17-də növbədənkənar parlament seçkiləri keçiriləcək.
BUTA.TV xəbər verir ki, bu barədə məlumatı Serbiya Prezidenti Aleksandr Vuçiç təsdiqləyib.
Vuçiç bildirib ki, müxalifətin tələbi yerinə yetiriləcək və seçkilər keçiriləcək:
"Hazırlaşsınlar, 79 gün qalıb. Seçkilər Belqradda və bütün Serbiyada keçiriləcək".