Qusar rayonunun İmamqulu kəndində 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

BUTA.TV Report-a istinadən xəbər verir ki, “Qaz-53” markalı yük avtomobili idarəetmədən çıxaraq yolun kənarına aşıb.

Hadisə nəticəsində Qusar rayon sakinləri - 1970-ci il təvəllüdlü Burzu Taciddin oğlu Osmanov və 2005-ci il təvəllüdlü Nəriman Burzu oğlu Osmanov müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Qusar Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Faktla bağlı araşdırma aparılır.

Generalın qızı ilə bağlı məsələdə adı hallanan məmur işdən çıxarılıb? Generalın qızı ilə bağlı məsələdə adı hallanan məmur işdən çıxarılıb?