Ukrayna Rusiyaya məxsus kəşfiyyat PUA-sını vurdu
Ukrayna Silahlı Qüvvələri Xerson vilayətində Rusiyaya məxsus pilotsuz kəşfiyyat təyyarəsini məhv edib.
BUTA.TV xəbər verir ki, bu barədə Ukraynanın Müdafiə Qüvvələri məlumat yayıb.
Məlumata görə, Xerson vilayətində Rusiyanın kəşfiyyatçı "Merlin-VR" PUA-sı Cənub Hərbi Hava Komandanlığının hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub.