Ermənilər Gürcüstanın paytaxtı Tiflisdə Azərbaycana qarşı yürüş keçiriblər.

BUTA.TV xəbər verir ki, bu barədə Teleqram kanallarında bildirilib.

Onlar Avropa Birliyinin Tiflisdəki nümayəndəliyinin qarşısında Azərbaycan və Türkiyə əleyhinə şüarlar səsləndiriblər.

Hüquq-mühafizə orqanı əməkdaşları radikal erməni qruplaşmasına artıq məhv olmuş qondarma qurumun “bayrağının” açılmasına icazə verməyib.

AB nümayəndəliyi isə ermənilərin aksiyasına reaksiya verməyib.