Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovla görüşüb.

BUTA.TV xəbər verir ki, bu barədə nazir X hesabında paylaşım edib.

"Türkmənistana səfərimiz çərçivəsində Türkmənistan Prezidenti cənab Sərdar Berdiməhəmmədovun qəbulunda olduq. Dövlət başçılarının dostluğa və həmrəyliyə əsaslanan Azərbaycan-Türkmənistan münasibətlərinə verdiyi önəm sayəsində çoxtərəfli əlaqələrin inkişafı qeyd olundu", - paylaşımda vurğulanıb.

Atalığının kobudluğuna dözməyən uşaq gecəni parkda keçirib - Video+Yenilənib Atalığının kobudluğuna dözməyən uşaq gecəni parkda keçirib - Video+Yenilənib