Sərdar gözünün içinə qədər yalan deyir. Heç yerdə, heç bir məclisdə Siyavuş Novruzov mənə belə bir söz deməyib. Çünki mənim nə gecə, nə gündüz, heç vaxt iqtidar qapılarında boyun büküb dayanmadığımı yaxşı bilir. İqtidarın qapıları üzümə hər zaman açıqdırsa, Milli Məclisdə daim görüşmək və sözümü demək imkanım olubsa, öz aydın milli mövqeyimlə bu haqqı qazanmışamsa, “gecə görüşləri”nə nə ehtiyac? Belə söz demədiyini Siyavuş Novruzov da təsdiqləyə bilər.

BUTA.TV xəbər verir ki, bu sözləri xalq şairi, VHP sədri Sabir Rüstəmxanlı Modern.az-a açıqlamasında ADP sədri Sərdar Cəlaloğlunun iddiasına cavab olaraq deyib.

"Gündüz müxalifətçi, gecə iqtidar olanları Siyavuş Novruzov da, Mübariz Qurbanlı da, hakimiyyətdəkilər də yaxşı tanıyırlar. Məni heç kim o cərgəyə qoşa bilməz! Qapısında boyun bükülənlərin böyüyü Ramiz Mehdiyev idi, ona Milli Məclisdəki cavabımı da bütün ölkə görüb. Yalan danışmaq, xalqı parça-parça etmək, siyasətçiləri, ziyalıları bir-birinə qarşı qoymaq, yox yerdən münaqişə yaratmaq, xırda maraqlarını millətin və dövlətin maraqlarından üstün tutmaq, özünü yaxşı göstərmək üçün dostunu, yoldaşını hədəfə çevirmək mənim yolum deyil. Bunu ağlı başında olan hər kəs görür və bilir", - Sabir Rüstəmxanlı əlavə edib.

Qeyd edək ki, Sərdar Cəlaloğlu internet televiziyalarının birinin efirində bir tədbirdə yalnız Siyavuş Novruzov və Mübariz Qurbanlının yanında yer olduğunu görərək, orada oturduğunu, bunu görən Sabir Rüstəmxanlının ona replika ataraq, “iqtidarla birləşdin, görüşdün” dediyini, bunun cavabında isə Siyavuş Novruzovun guya “Sərdar bəy gündüz bizlə bir yerdədir, sən gecələr gəlib bizimlə birgə olursan” söylədiyini iddia edib.

Bakı aeroportunda ər-arvad saxlanılıb - 22 min avroya ad-soyadlarını dəyişdiribmişlər Bakı aeroportunda ər-arvad saxlanılıb - 22 min avroya ad-soyadlarını dəyişdiribmişlər