Ermənistan Fransadan hava hücumundan müdafiə sistemləri ala bilər.

BUTA.TV xəbər verir ki, bu barədə Ermənistan parlamentinin Müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının sədr müavini Armen Xaçatryan danışıb.

O qeyd edib ki, danışıqlar nəticəsində razılıq əldə olunarsa, Ermənistan avadanlıqların pulu ödəyəcək:

"Ermənistanın ən zəif tərəflərindən biri hava hücumundan müdafiədir. Bizə yeni keyfiyyət lazımdır".