Ukrayna və İsveç razılaşdı, danışıqlar başlayır
Ukrayna və İsveç təhlükəsizlik zəmanətləri ilə bağlı danışıqlara başlayır.
BUTA.TV xəbər verir ki, bu barədə Ukrayna xarici işlər naziri Dimitri Kuleba sosial şəbəkə hesabında məlumat verib.
D.Kuleba isveçli həmkarı Tobias Billströmlə danışıqlara başlamaq barədə razılığa gəldiklərini vurğulayıb.
O, G7 Vilnüs bəyannaməsinə uyğun olaraq təhlükəsizlik zəmanətləri üzrə İsveçlə danışıqların aparılacağını qeyd edib.