Prezident Emmanuel Makron Ukrayna ordusuna yardımın artırılması ilə bağlı sözlərindən sonra istefaya göndərilməlidir.

BUTA.TV xəbər verir ki, bunu Fransanın “Vətənpərvərlər” partiyasının rəhbəri Florian Filippo X sosial şəbəkəsindəki hesabında yazıb.

"O, Ukraynaya Fransanın, xüsusən də fermerlərimizin hesabına daha çox pul xərcləməyə hazırlaşır! Gəlin, onu buradan tez bir zamanda uzaqlaşdıraq!" - o bildirib.

Filippo hesab edir ki, dövlət başçısı fermerlərə qarşı ciddi təxribat törədir.