Zelenski Bakıya səfər edəcək? - XİN-dən açıqlama
Ukrayna Prezidenti Vladimir Zelenskinin Azərbaycana səfər edəcəyi ilə bağlı bizdə heç bir məlumat yoxdur.
Bu sözləri BUTA.TV-a açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib.
Qeyd edək ki, Zelenskinin 4 martda İrəvana səfər edəcəyi haqda erməni mediası məlumat yayıb. “Azadlıq” radiosunun erməni redaksiyası Zelenskinin Bakıya da səfərə hazırlaşdığını iddia etsə də, diplomatik mənbələr bu iddianı təsdiqləməyib.
Cümşüdün ölümündə təqsirli bilinən rəisə - Hökm oxundu