Kanat yolunda kabinə qırılıb yerə düşdü: ölən var

21:26 - 12 Aprel 2024 - GÜNDƏM

 Kanat yolunda kabinə qırılıb yerə düşdü: ölən var

Türkiyənin Antalya vilayətinin Konyaaltı rayonunda yerləşən istirahət mərkəzlərindən birində kanat yolunda qəza baş verib.

BUTA.TV xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilib ki, hərəkətdə olan zaman kanat yolunun kabinələrindən biri qırılaraq yerə düşüb.

Hadisə zamanı 1 nəfər ölüb. Eyni zamanda qəza nəticəsində xəsarət alanların da olduğu bildirilib.

Bu xəbər hal-hazırda çox oxunur
Azərbaycan ABŞ-la birgə hərbi təlimdə - Video

Kabinənin hansı səbəbdən qırılması hələlik məlum deyil.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol