Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir.
BUTA.TV xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 23-25° isti, gündüz 33-38° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 753 mm civə sütunu təşkil edəcək.Nisbi rütubət gecə 75-80%, gündüz 45-50% olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Dağlıq ərazilərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 22-27° isti, gündüz 35-39° isti, dağlarda gecə 15-20° isti, gündüz 25-30° isti olacaq.
- FHN onlar üçün maarifləndirmə tədbiri keçirdi
- Xaçmazda dənizdə batan yeniyetmənin meyiti tapıldı
- Əlilliyi olan 70 min şəxsə reabilitasiya xidmətləri göstərilib
- Ölkəmiz beynəlxalq biznes dairələri üçün etibarlı tərəfdaşdır
- “20 Yanvar”dakı kafedən idarə edilən dəstə - Milyonlar mənimsəyib
- Bakıda 38 dərəcə isti olacaq
- Peşə təhsili müəssisələrində illik təhsil haqqı: 6500 AZN...
- Rusiyadan Azərbaycana sifarişlər ləğv edilir - Səbəb