Bir daş təkcə qatarın şüşəsini sındırmır, həm də... - Video

18:24 - 23 İyul 2026 - GÜNDƏM

 Bir daş təkcə qatarın şüşəsini sındırmır, həm də... - Video

2026-cı ilin ilk 6 ayında ADY-nin hərəkətdə olan sərnişin qatarlarına 21 dəfə daş atılıb.

BUTA.TV xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) məlumatında deyilir.

Bildirilib ki, bu hadisələr nəticəsində qatarlara ziyan dəyib, sərnişinlərin və qatar heyətinin təhlükəsizliyi ciddi risk altına düşüb.

“Bu cür qanunsuz hərəkətləri törədən şəxslər hüquq-mühafizə orqanları tərəfindən müəyyən edilərək qanunvericiliyə uyğun qaydada cəzalandırılır. Azyaşlıların törətdiyi hallarda isə onların valideynləri və ya qanuni nümayəndələri qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət daşıyırlar.

Bu xəbər hal-hazırda çox oxunur
Şahin Şıxlinski ilə bağlı şok qərar

Valideynlərdən xahiş edirik ki, uşaqlarını bu cür təhlükəli hərəkətlərdən çəkindirsin, onlarla dəmir yolu ətrafında təhlükəsiz davranış qaydaları barədə söhbət etsinlər”, - məlumatda qeyd edilir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol