Xəzərdə batan 3 gəncin axtarışı davam edir - Video

10:06 - 24 İyul 2026 - GÜNDƏM

 Xəzərdə batan 3 gəncin axtarışı davam edir - Video

İyulun 6-da Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batdığı ehtimal edilən 2007-ci il təvəllüdlü Zeynəb Rasim qızı Məmmədzadənin, iyulun 15-də Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batdığı ehtimal edilən 2004-cü il təvəllüdlü Elgün Elçin oğlu Qarayevin və iyulun 16-da Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, “Daçnik” adlanan dənizdə nəzarətsiz ərazidə batdığı ehtimal edilən 2003-cü il təvəllüdlü Rəhman Məzahim oğlu Əmirovun axtarışları davam etdirilir.

BUTA.TV xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətinin məlumatında deyilir.

Hazırda axtarışlar FHN-in Xüsusi Riskli Xilasetmə və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin qüvvələri tərəfindən vətəndaşların batdığı ehtimal edilən istiqamətlər üzrə fasiləsiz olaraq həyata keçirilir.

Bu xəbər hal-hazırda çox oxunur
Şahin Şıxlinski ilə bağlı şok qərar

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol