Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qobustan rayonu, Bakı-Şamaxı yolunun 88 km-də yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Bu barədə BUTA.TV-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Qobustan Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “VAZ-2107" markalı minik avtomobili ilə “KİA-Ceed” markalı minik avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib və “VAZ-2107” markalı minik avtomobilinin sürücüsü deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb.
Xilasedicilər avtomobildə sıxılı vəziyyətdə qalan sürücü 1974-cü il təvəllüdlü Baxışov Kamil Ceyfun oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
- DOST xidmətləri artıq İmişlidə
- 8 prokurorluq əməkdaşı məsuliyyətə cəlb olundu
- Fuad Nağıyev sabiq məmuru Qubaya rəis təyin etdi
- Xətai rayonunda dəniz mənzərəli hazır mənzil haradan almaq olar?
- Qohumunun evinə qonaq getdi, oğurluq etdi
- Əli Əsədov daha bir qərar imzaladı
- Xaricdə təhsil üzrə Dövlət Proqramının nəticələri elan edildi
- Həzi Aslanovda hazır mənzil almaq istəyənlər üçün hansı imkanlar var?